Pekində işləyib Bakıya gələn şəxsdə koronavirus qorxusu

14 Fevral, 2020 11:24 | Sosial | Baxış sayı: 85
Xəstəxana
Xəstəxana

1998-ci il təvəllüdlü şəxs xəstəxanaya yerləşdirilib

Çindən qayıdan daha bir nəfər Klinik Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. Səhiyyə Nazirliyi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birlikdə məlumat yayıb. Məlumata görə, hazırda xəstəxananın yoluxucu xəstəliklər şöbəsində 2 nəfər var.

Dünən yerləşdirilən şəxs 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşıdır. O, Pekin şəhərində işləyib. Fevralın 5-i Pekindən Moskvaya, Moskvadan İstanbula, bir neçə gün İstanbulda qaldıqdan sonra isə təyyarə ilə Tiflisə uçub, oradan Azərbaycana avtomobillə gəlib. Hərarəti normadan bir qədər yüksək olduğu üçün Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.

Hər iki şəxsin bədəninin hərarəti normaya uyğundur, səhhətlərində ciddi problem yoxdur. Həkim müşahidələri davam edir.

"Xəstəlik alovlanan ərazidən gələnlər isə, xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır. Hazırda xəstəxanada saxlanılanların səhhətində hər hansı bir problem aşkarlanmayıb. Bir nəfər istisna olmaqla, qalanları bu gün evlərinə buraxılacaq. Qalan bir nəfərin karantin müddəti fevralın 18-i bitir".