Dünya tikan üzərində - Taclı virus ölüm yaymağa davam edir

14 Fevral, 2020 09:29 | Sosial | Baxış sayı: 78
Koronavirus
Koronavirus

Koronavirus qurbanlarının sayı 1300 nəfəri də keçdi

Çində ötən sutka ərzində daha 5090 nəfərin koronavirusun yeni növünə (COVID-2019) yoluxduğu, 121 nəfərin isə bu virusdan öldüyü təsdiqlənib. Beləliklə, indiyədək virusa yoluxanların sayı 63 min 932, ölənlərin sayı isə 1381 nəfər çatıb.

Virusa yoluxmaqda şübhəli bilinənlərin sayı azalaraq 10 min 109 nəfərə düşüb. İndiyədək 7003 nəfər sağalaraq xəstəxananı tərk edib. Müsbət məqamlardan biri isə Xubey vilayətindən kənarda yoluxma hallarındakı dinamikanın ardıcıl olaraq 10 gün ərzində azalmasıdır. İndiyədək 21 mindən çox tibb işçisi epidemiya ilə mübarizənin “ön cəbhəsi” olan bölgəyə ezam olunub. 

Fevralın 13-də Yaponiyada yeni koronovirusdan ilk ölüm halı qeydə alınıb. Tokio yaxınlığında yerləşən Kanaqava prefekturasında yeni koronavirusa yoluxan 80 yaşlı qadın ölüb. Bu, Yaponiyada yeni koronavirusla əlaqədar qeydə alınan ilk ölüm faktıdır.

Ümumdünya Səhiyyə Təşkilatı koronavirus thlükəsinin dünya əhalisinin 1/3 nə yoluxa biləcəyindən ehtiyat edir.