Bakıda yağış başladı, sürət azaldıldı

14 Fevral, 2020 10:40 | Sosial | Baxış sayı: 36
Sürət həddi lövhəsi
Sürət həddi lövhəsi

Magistralda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib

Hazırda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumatda bildirilir ki, məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələri və metereoloji amilləri nəzərə almaları tövsiyə edilir.