Leyla Əliyeva kitab yazdı

14 Fevral, 2018 16:57 | Sosial | Baxış sayı: 155
Leyla Əliyeva
Leyla Əliyeva

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyavanın şeirlər toplusu Moskvada satışa çıxarılıb.

İstiPress-in məlumatına görə, "366 gün sevgi. Qış. Yaz. Yay. Payız" («366 дней любви. Зима. Весна. Лето. Осень.») adlı şeirlər toplusunun paytaxtın kitab mağazalarında satışına başlanılıb.

Şeirlər toplusunda müəllif Leyla Əliyeva oxucularına müraciətində bildirib: "Əziz oxucu, çox sağol ki, bu kitabı əllərində tutursan. Qoy sənin hər günün, hər anın ilboyu günəşli olsun!

Bu sətirlərdə mənim həyata olan sevgim var. Bu sevgini sənə hədiyyət etmək istəyirəm!

Sizə sevgi arzulayıram. Qoy, heç zaman sevgi sizi tərk etməsin!"

Qeyd edək ki, dörd cildlik şeirlər toplusunda Leyla Əliyevanın 2016-2017-ci illərdə qələmə aldığı şeirlər yer alıb.