Bakının bu küçəsində su olmayacaq

14 Fevral, 2018 17:47 | Sosial | Baxış sayı: 119
Bakı
Bakı

Sabah Bakının Təbriz küçəsində içməli suyun verilməsi məhdudlaşdırılacaq.

İstiPress-in məlumatına görə, “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində ərazidən keçən magistral su xəttinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar fevralın 15-də gün ərzində Təbriz küçəsi boyu ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir", - deyə məlumatda vurğulanıb.