Sistemdən sonra ölən uşaqla bağlı - Rəsmi açıqlama

14 Yanvar, 2020 16:45 | Sosial | Baxış sayı: 209

TƏBİB-dən açıqlama

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Balakən sakini 10 yaşlı Turan Mahatovun ölümüylə bağlı açıqlama yayıb.

İstiPress-ə TƏBİB-dən daxil olan məlumata görə, 11 yanvar 2020-ci il tarixində saat 10:24-də 2010-cu il təvəllüdlü Mahatov Turan Tural oğlu Balakən rayon Mərkəzi Xəstəxanasına kəskin respirator virus infeksiyası ilə gətirilib. Xəstəyə ilkin ambulator yardım göstərildikdən sonra evə buraxılıb.

12.01.2020 tarixində saat 00:05-də ağırlaşma ilə yenidən xəstəxanaya müraciət olunub, təcili yardım şöbəsində yardım edilib. Valideynləri tərəfindən Bakıya aparılarkən yolda dünyasını dəyişib. 

Faktla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi araşdırma aparır.