Narkoloji Mərkəzə yeni baş direktor təyin edilib

14 Yanvar, 2020 15:57 | Sosial | Baxış sayı: 42
Oqtay Şirəliyev - səhiyyə naziri
Oqtay Şirəliyev - səhiyyə naziri

Köhnə baş direktor öz xahişi ilə tutduğu vəzifədən azad olunub

Respublika Narkoloji Mərkəzinə baş direktor təyin edilib.

İstiPress-in məlumatına görə, Səhiyyə naziri Oqtay Şirəliyev bununla bağlı yanvarın 14-də əmr imzalayıb. 

Əmrə əsasən, bu vəzifəyə 1 saylı Psixiatriya Xəstəxanasının şöbə müdiri Orxan Rasim oğlu Cəfərov təyin edilib.  

Qeyd edək ki, Respublika Narkoloji Mərkəzinin baş direktoru Araz Əlihüseyn oğlu Manuçeri-Lalen öz xahişi ilə tutduğu vəzifədən azad olunub.