Məktəblərdə qış tətili nə vaxt başlayır?

14 Yanvar, 2020 09:57 | Sosial | Baxış sayı: 209
Məktəb
Məktəb

Birinci yarımil sona çatır

Azərbaycanda 2019-2020-ci dərs ilinin 5 günlük tətilinə yanvarın 27-də start veriləcək. Tətil yanvarın 31-dək davam edəcək. Bununlada ölkə məktəblərində birinci yarımil yekunlaşacaq. 

İkinci yarımilin dərslərinə fevralın 1-dən başlanılacaq. 

Qeyd edək ki, məktəblərdə dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Dərs ili iki yarımilə bölünür. Birinci yarımil 15 sentyabr - 26 yanvar, ikinci yarımil isə 1 fevral - 14 iyun tarixlərini əhatə edir.

Növbəti tətil isə ibtidai siniflər üçün may ayında olacaq. 5 günlük əlavə yaz tətili 1-5 may tarixlərini əhatə edəcək.