Bu marşrut xətti də karta keçir

14 Yanvar, 2020 19:51 | Sosial | Baxış sayı: 118
Avtobuslar
Avtobuslar

Məlumatı Bakı Nəqliyyat Agentliyi yayıb

Bakı Nəqliyyat Agentliyinin tələbinə uyğun olaraq, daha bir marşrut xətti üzrə avtobuslarda gediş haqqının nağdsız-vahid kart sistemi ilə ödənilməsi mümkün olacaq. 

İstiPress-in məlumatına görə, 17.01.2020-ci il tarixindən 46 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı BakıKart vasitəsilə ödəniləcək.

Bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyi yayıb.