Şimalda 2 dinin və bir neçə xalqın nümayəndələri toplaşdı

13 Dekabr, 2018 18:55 | Sosial | Baxış sayı: 212
Qubada sinaqoq
Qubada sinaqoq

6 rayonun İH başçılarının müavinləri danışdı

Azərbaycan Prezident Adminstrasiyasının millətlərarası münasibətlər, multikulturalizmvə dini məsələlər şöbəsi bölgələrdə zona müşavirəsi keçirilməsini davam etdirir.

İstiPress-in şimal bürosunun məlumatına görə, bu gün Qubada şimal bölgəsinin 6 rayonunda etno-siyasi və dini durumu əhatə edən zona müşavirəsi baş tutub. Müşavirənin keçirilməsində əsas məqsəd dövlətin multikulturalizm və dövlət-din münasibətləri sahəsində əldə etdiyi nailiyyətləri bölgə ictimaiyyətinə çatdırmaq, bölgədəki etno-siyasi və dini durumu yerindəcə öyrənmək və bu sahə üzrə dövlət qurumları arasında koordinasiyanı gücləndirməkdən ibarətdir.

Quba icra başçısı Ziyəddin Əliyevin açılış nitqindən sonra PA-nın Millətlərarası münasibətlər, multikulturalzm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov mövzu ətrafında geniş məruzə edib. Etibar Nəcəfov bildirib ki, Azərbaycanda etnik-mədəni müxtəlifliklər əsası ulu öndər Heydər Əliyev  tərəfindən qoyulan və müasir dövrdə prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən multikulturalizm siyasəti vasitəsilə tənzimlənilir və uğurlu nəticələr göz qabağındadır.

Mövzu ilə bağlı din xadimləri, 6 rayonun İH başçılarının dini komissiya sədrləri olan müavinləri, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin şimal bölgəsi üzrə nümayəndəsi Eynulla Nurullayev və başqaları ətraflı danışıblar. E.Nurullayev çıxışında şimal bölgəsində dövlət qurumundan keçmiş 49 islam və 1 yəhudi icması fəaliyyət göstərdiyini deyib. Onun məlumatına görə, bölgədə qeydiyyatdan keçməyən icmaların rəsmiyyətə keç məsi istiqamətində işlər aparılır.

Çıxışlarda 30-a yaxın milli azlıq və etnik qrupun birgə mehriban və dostluq şəraitində yaşadığı səslənilib. Qeyd olunub ki, bölgədə  etno-siyası və dini durum çox stabildir və Azərbaycan güclü multikultural diyara çevrilib.