28 ildən sonra Şuşada cümə namazı qılındı - VİDEO

13 Noyabr, 2020 13:42 | Sosial | Baxış sayı: 140

Azərbaycanlılar 28 ildən sonra ilk dəfə Şuşada, Gövhər ağa məscidində cümə namazı qılıb.

İstiPress-in məlumatına görə, bu barədə sosial şəbəkələrdə görüntülər yayımlanıb.

Namaz vəhdət şəklində, yəni sünni və şiələrlə birlikdə qılınıb.

Qeyd edək ki, Azərbaycan Ordusu 28 ildən sonra, bu il noyabrın 8-də Şuşa şəhərini işğaldan azad edib.