Bakının iki yolunda sürət azaldıldı

13 Oktyabr, 2017 10:01 | Sosial | Baxış sayı: 79
Bakıda sürət həddi azaldılıb
Bakıda sürət həddi azaldılıb

Buna səbəb yağışlı havadır

Bakın əsas yollarında sürət həddi aşağı salındı. Bakı Nəqliyyat Agentliyindən İstiPress-ə verilən məlumata görə, faktiki hava şəraitində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə  paytaxtın əsas magistral yolları Heydər Əliyev prospekti-Hava limanı və Zığ dairəsi-Hava limanı yollarında hər iki istiqamətdə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

“Sürücülərə tövsiyə edilir ki, hərəkətdə olan zaman hava şəraitini nəzərə almaqla sürət həddinə əməl etsinlər”.