Azərbaycanda televiziya və radio 9 saat işləməyəcək

13 Oktyabr, 2017 13:29 | Sosial | Baxış sayı: 468
TV studiyası
TV studiyası

Prosedur texniki problemlərlə qarşılaşmamaq baxımından zəruridir

Oktyabrın 16-da Azərbaycanın efir məkanında kompleks profilaktika keçiriləcək.

İstiPress-in xəbərinə görə, bu barədə “Trend”ə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.

Profilaktika ilə əlaqədar olaraq telekanal və radiostansiyaların yayımı həmin gün saat 06:00-dan 15:00-dək dayandırılacaq.

Qeyd edək ki, kompleks profilaktika bütün avadanlıqların texniki vəziyyətinin yoxlanılmasını nəzərdə tutur. Prosedur texniki problemlərlə qarşılaşmamaq baxımından zəruridir.