3 gündür davam edən maqnit qasırğası nə vaxt bitəcək?

13 Oktyabr, 2017 16:52 | Sosial | Baxış sayı: 180
maqnit qasırğası
maqnit qasırğası

Getdikcə qasırğa səngiyəcək

Bir neçə gün əvvəl başlayan geomaqnit qasırğası hələ də davam etməkdədir.

İstiPress-in məlumatına görə, bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.

E.Babayevin sözlərinə görə, indeksin qiyməti 3 ilə 5 arasında dəyişir: "Hazırda G1 kateqoriyalı geomaqnit qasırğası davam etməkdədir. Yer kürəsi hələ də Günəşdən başlanğıcını götürən plazma küləyinin ağuşundadır. Lakin getdikcə qasırğa səngiyəcək".

Qeyd edək ki, daha öncə də oktyabrın 11-dən başlayaraq formalaşmış maqnit qasırğasının oktyabrın 15-də səngiyəcəyi barədə məlumat verilmişdi.

Artıq yuxarı en dairələrində yerləşmiş ölkələrin ərazisində əsararəngiz təbitə hadisəsi olan "avrora"lar ("qütb parıltıları") müşahidə olunub.