Sumqayıtdan Bakıya gələn avtobuslara qadağa qoyuldu

13 Sentyabr, 2019 17:04 | Sosial | Baxış sayı: 182
Şamaxinka
Şamaxinka

Gələn həftədən bu ərazilıərdə sərnişin düşürüb-mindirilməyə icazə verilməyəcək

Sumqayıtdan gələn avtobuslara Şamaxinka adlanan ərazidə dayanmaq qadağan edilib. Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin göstərişi ilə bu qərar verilib.

Qərara əsasən Sumqayıt şəhərindən paytaxta və əks istiqamətdə hərəkət edən avtobus və mikroavtobusların sürücülərinə Alatava (Şamaxinka adlanan ərazi), 20 Yanvar və 3-cü mikrorayon dairəsi yaxınlığında saxlayaraq sərnişin düşürüb-mindirilmələrinə sentyabrın 16-dan icazə verilməyəcək.

Yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı əsasında texniki cəhətdən saz vəziyyətdə olan bəzi müntəzəm marşrut xətləri üzrə hərəkətdə olan nəqliyyat vasitələri ilə yuxarıda sadalalnan ünvanlara daşıma həyata keçirilə bilər!