Prezident məktəblərə baş çəkdi

13 Sentyabr, 2018 10:46 | Sosial | Baxış sayı: 30
Prezident məktəbdə (arxiv)
Prezident məktəbdə (arxiv)

İlham Əliyevə təhsil ocaqlarında görülən işlər haqqında məlumat verilib

Yeni tədris ili ərəfəsində Bakıda təmir edilən daha bir neçə məktəbin açılışı olub. Prezident İlham Əliyev də tədris ocaqlarındakaı vəziyyətlə tanış olub.

Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində Cəfər Cabbarlı adına 187 nömrəli tam orta məktəbin binası əsaslı təmir edilib. Prezident İlham Əliyev bu təhsil ocağında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

Daha sonra o Sabunçu rayonunun Zabrat qəsəbəsindəki 192 nömrəli tam orta məktəbdə olub.

Dövlət başçısı bu gün həmçinin Nardarandakı 295 nömrəli tam orta məktəbə də baş çəkib.

İ.Əliyevə məktəblərdə görülən işlər barədə məlumat verilib.