Övladı ibtidai sinifdə olanlara müjdə - yük azaldılacaq

13 Sentyabr, 2018 10:55 | Sosial | Baxış sayı: 191
Birinci sinif
Birinci sinif

Yeni məktəbdaxili qiymətləndirmə layihəsi hazırlanıb

"Azərbaycanda vaxtında məktəbə getməmək əmsalı 2012-ci illə müqayisədə 2 dəfə azalıb. Belə ki, əgər bu göstərici 2012-ci ildə 12 faiz idisə, hazırda 6 faizdir. Növbəti illərdə bu göstəricinin aşağı düşməsi istiqamətində təsirli tədbirlər görüləcək".

Bunu təhsil naziri Ceyhun Bayramov Bakı şəhəri üzrə təhsil işçilərinin ənənəvi sentyabr konfransında deyib. Nazir bildirib ki, zəif nəticə göstərən şagirdlərin sayı 2012-ci illə müqayisədə xeyli azalıb.

O qeyd edib ki, şagirdlərin dərs yükü məsələsi daim müzakirə olunur: "Bu istiqamətdə kifayət qədər intensiv iş aparılıb. Yeni məktəbdaxili qiymətləndirmə layihəsi hazırlanıb. Sabah nazirlikdə kollegiya iclası keçiriləcək və layihə orada geniş müzakirə olunacaq.

Daha sonra yekun qərar qəbul edilərək aidiyyəti üzrə yerlərə göndəriləcək. Xüsusilə də ibtidai siniflərdə dərs yükünün yüngülləşdirmə istiqamətində ciddi addımlar atılacaq". /report/