Bakıda taksi sürücülərinin özbaşınalığını əks etdirən görüntülər yayıldı

13 Sentyabr, 2017 18:17 | Sosial | Baxış sayı: 178
Taksi
Taksi

Turistlərə taksi sürücüləri yerli-yersiz müdaxilələr edir

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında BakıKart alaraq “BakuBus”a məxsus Hava limanı express xətt avtobusları ilə şəhərə gəlmək istəyən turistlərə taksi sürücüləri yerli-yersiz müdaxilələr edir. Onların ətəyindən yapışaraq, çantalarını məcbur götürərək dil tökür, ödəniş terminallarının işləmədiyini söyləyir.

Əlbəttə, taksi sürücüləri də öz xidmətlərini təklif edə bilər. Ancaq bu daha sivil və mədəni şəkildə, turistləri aldatmadan, onlara yalnış məlumatlar vermədən həyata keçirilməlidir.

(Videogörüntüləri taksi sürücülərinin turist hesab edib bezdirdiyi vətəndaşlarımız çəkiblər)