2050-ci ildə əhalinin sayı 12 milyona yaxınlaşacaq

13 Sentyabr, 2017 18:51 | Sosial | Baxış sayı: 154
Bakı
Bakı

Demoqrafik meyillərə əsasən Azərbaycanda əhalinin artımı davam edəcək

Hazırda Azərbaycan Avropa və MDB ölkələri sırasında demoqrafik baxımdan cavan yaş strukturuna malik az sayda ölkələrdən biridir.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli deyib.

Nazir müavini bildirib ki, 2016-cı ilin məlumatına əsasən, əhalinin ümumi yaş strukturunda gənclərin (14-29 yaşda) payı 27 faiz, uşaqların (0-14 yaşda) payı 22,5 faiz, 15-64 yaş qrupunun payı 71,3 faiz, 65 yaş və yuxarı yaşda olan əhalinin payı isə 6,2 faiz təşkil edib.

M.Kərimli bildirib ki, son illərdə müşahidə olunan demoqrafik meyillərə əsasən Azərbaycanda əhalinin artımı davam edəcək və hesablamalara görə, Azərbaycanda 2015-ci illə müqayisədə 2050-ci ildə əhalinin sayının 1,4 dəfə artaraq 11,8 milyon nəfər təşkil edəcəyi gözlənilir.//Trend