Azərbaycanda dərslərin müddətinin azaldılması təklif edilir

13 Avqust, 2020 10:37 | Sosial | Baxış sayı: 44
Məktəb koronavirus vaxtı
Məktəb koronavirus vaxtı

Azərbaycanda dərslərin müddətinin azaldılması təklif olunur.

İstiPress-in məlumatına görə, bununla bağlı Təhsil Nazirliyinə yerli təhsil şöbələrindən təkliflər daxil olub.

Təklifdə qeyd edilib ki, bir dərs 35 dəqiqə, tənəffüs müddəti isə 10 dəqiqə müəyyən edilsin.

Qeyd edək ki, hazırda bir dərs 45 dəqiqə müəyyən edilib.