Binə Ticarət Mərkəzində yanğın oldu

13 Avqust, 2019 10:27 | Sosial | Baxış sayı: 73
Yanğın
Yanğın

Fövqəladə Hallar Nazirliyi məlumat yayıb

Bakıda ticarət mərkəzində yanğın olub.

İstiPress-ə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində Binə ticarət mərkəzində mağazaların birində yanğın olması barədə məlumat daxil olub.

Dövlət Yanğın Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb.