Azərbaycanda hava XƏBƏRDARLIĞI

13 İyul, 2020 15:19 | Sosial | Baxış sayı: 154
Dolu
Dolu

İyulun 17-si gündüzədək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu  düşəcəyi gözlənilir.

İstiPress-ə Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, qərb küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.