DYP gücləndirilmiş iş rejiminə keçdi

13 İyul, 2017 18:50 | Sosial | Baxış sayı: 173

Artıq şənbə və bazar günləri də fəaliyyət göstərəcək

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Texniki Baxış Mərkəzi avtomobillərin texniki müayinədən keçirilməsi prosesini sürətləndirmək üçün şənbə və bazar günləri də fəaliyyət göstərəcək.

Bu barədə İstiPress-ə, İdarənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, iyulun 31-də Azərbaycanda istifadə olunan xarici markalı avtomobillərin texniki baxış müddəti başa çatır:

"Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Texniki Baxış Mərkəzi bununla əlaqədar gücləndirilmiş iş rejimində işləyəcək. Mərkəz sürücülərə daha yüksək xidmət göstərmək məqsədilə iş günlərindən əlavə, şənbə və bazar günləri də fəaliyyət göstərir ki, vətəndaşlar üçün çətinlik yaranmasın".