Azərbaycanda bu reklamlar qadağan olundu

13 İyul, 2017 14:39 | Sosial | Baxış sayı: 193
Əməliyyat
Əməliyyat

Hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamı qadağandır

Prezident İlham Əliyev “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

İstiPress-in xəbərinə görə, qanunda edilən dəyişikliyə əsasən, hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamı qadağandır.

Azərbaycan Respublikasında yalnız həkim resepti olmadan buraxılan dərman vasitələri, istifadəsinə (tətbiqinə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilmiş tibbi təyinatlı texnika, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodları reklam oluna bilər. Dərman vasitələrinin, tibbi təyinatlı texnikanın və məmulatların, tibbi xidmətlərin reklamına tələblər “Reklam haqqında” və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunur”.