Sel bu dəfə Qəbələni vurdu

13 İyun, 2018 10:01 | Sosial | Baxış sayı: 112
Kiş çayı daşqından sonra
Kiş çayı daşqından sonra

Mərkəzlə kəndi birləşdirən piyada və avtomobil körpüsü dağılıb

Son günlərdə yağan intensiv yağışlardan sonra meydama gələn sel bu dəfə qəbələyə ciddi ziyan vurub. Fövqəladə Hallar Nazirliyindən İstiPress-ə verilən məlumata görə, bu barədə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Daxil olmuş ilkin məlumata əsasən, Qəbələ rayonunun, Tikanlı və Bum kəndləri ərazisindən keçən “Bum” çayına gələn sel suları nəticəsində Tikanlı kəndini rayon mərkəzi ilə birləşdirən piyada və avtomobil körpüsünü yararsız hala düşüb. Nəticədə kənd sakinlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

Hadisə yerinə Mülkü Müdafiə Qoşunlarının  şəxsi heyyəti cəlb olunub. 77 nəfər vətəndaşa müvafiq köməklik göstərilib. 

Xatırladaq ki, bundan öncə də daşqınlar Balakən və Göyçayda ciddi fəsadlar yaradıb. Güclü yağışlardan sonra Balakənin Katex kəndi ərazisindən keçən, mənbəyini dağlardan götürən Dəliçay məcrasından çıxıb. yüzlərlə evi su basıb, onlarla hektar əkin sahəsi batıb. Sel suları Dəliçayın üzərindəki 8 kiçik körpünü də uçurub. Dəliçayın keçdiyi ərazidəki daxili kənd yolları yararsız hala düşüb. Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Katex kəndi ərazisindən keçən hissəsini sel suları dağıdıb.

İyunun 2-də Bakı-Şamaxı-Yevlax magistral yolunun Göyçay çayı üzərindəki körpü güclü selin təsirinə dözməyərək uçub.