Bayramda rayonlara getmək istəyənlərin gözlədiyi xəbər

13 İyun, 2018 09:45 | Sosial | Baxış sayı: 102
Bakı vağzalı
Bakı vağzalı

Satıç həmin gün olacaq

Ramazan bayramı günlərində “Azərbaycan Dəmir Yolları” QSC-nin sərnişin daşımaları Departamentinin kollektivi gücləndirilmiş iş rejimində çalışacaq.

“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görtə, sərnişin qatarlarında xidmət mədəniyyətinin səviyyəsinin daha da yüksəldilməsi üçün bütün qüvvələr səfərbər olunub.

Ramazan bayramı günlərində  sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 15-ə yaxın əlavə vaqonun qoşulması təmin ediləcək. “Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir,” – deyə məlumatda bildirilir.

Xatırladaq ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksi qarşıdan gələn Ramazan bayramı ilə əlaqədar iş qrafikində dəyişiklik edib.  Kompleksdən İstiPress-ə verilən məlumata görə, iyunun 13-dən 20-dək Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.