Azərbaycanda jurnalist koronavirusa yoluxdu

13 May, 2020 16:24 | Sosial | Baxış sayı: 178
Xalid Rəşidoğlu
Xalid Rəşidoğlu

Tibbi Terapevt Mərkəzində karantinə alınıb

Azərbaycanlı jurnalist Xaliq Rəşidoğlu Kovid-19 virusuna tutulduğundan hazırda Tibbi Terapevt Mərkəzində karantinə alınıb.

İstiPress-in məlumatına görə, bu barədə jurnalistin özü Mediapress.az-a danışıb.

“Heç bilmirəm necə oldu. Birdən-birə qızdırmam qalxdı və mən yatağa düşdüm. Nə danışa bildim, nə də başımı qaldırmağa heyim qalmadı. Hər şey bir neçə günün içində baş verdi. Qızdırmamı salmaq mümkün olmadı. Əvvəlcə “Semaşko”da müalicə olundum. Ümidvaram, hər şey yaxşı olacaq”, - deyən Xaliq Rəşidoğlu ailəsindən nigaran qaldığını da əlavə etdi:

“Tək nigarançılığım ailəmdəndir”...

Xatırladaq ki, Xaliq Rəşidoğlu "İnterposta.info" saytının baş redaktorudur.