Qusara dolu yağdı FOTO

13 May, 2019 15:49 | Sosial | Baxış sayı: 228
Dolu
Dolu

Dolunun çiçəkləyən ağaclara ziyanı istisna edilmir

Şimal rayonlarına dolu düşüb. İstiPress-in Şimal bürosunun məlumatına görə, bu gün səhər saatlarında son bir neçə gündə müşahidə edilən günəşli hava yerini yağış, doluya verib.

Qusar şəhəri və Qusar-Xudat yolunun Qalacıq kəndi ərazisində, eləcə də Xaçmaza dolu və leysan düşüb. Qusar icra başçısının 1-ci müavini, FHK sədri Şahid Fərəməzovun sözlərinə görə dolu bir neçə necə dəqiqə davam edib. Sonradan yağıntı leysana çevrilib. 

Hələlik hər hansı ziyan barədə məlumat daxil olmayıb. İH rəsmisi dolu və leysanın çiçəkləmiş meyvə ağaclarına ziyanı vura biləcəyini istisna etməyib.