Bu gün Bakıda bu yollar bağlanacaq

13 Aprel, 2019 13:47 | Sosial | Baxış sayı: 78
Yolda rəngləmə işləri
Yolda rəngləmə işləri

74 kəsişmədə nəqliyyatın işi yaxşılaşdırılır

74 yol kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri çərçivəsində Ş.Bədəlbəyli küçəsinin R.Behbudov və S.Vurğun küçələri ilə kəsişməsində sarı kəsişmə toru nişanlanması təşkil ediləcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. 

Məlumata görə, bu məqsədlə bu gün axşam saat 23:00-dan aprelin 14-ü səhər saat 06:00-dək qeyd edilən kəsişmədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.