Bakıda bu avtobusa minənlərin nəzərinə - Yol dəyişdi

13 Aprel, 2019 08:09 | Sosial | Baxış sayı: 63
Yeni avtobus
Yeni avtobus

Dəyişiklik aparılan təmir işləri ilə bağlıdır

Bakıda bəzi avtobusların istiqamətləri dəyişdirilib. Bakı Nəqliyyat Agentliyi ötən gün axşam saatlarından etibarən Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xurşidbanu Natəvan küçəsində təmir işləri ilə əlaqədar 67, 83, 91, 92, 117 nömrəli müntəzəm xətləri üzrə avtobusların hərəkət istiqamətində müvəqqəti dəyişiklik edib.

Məlumata görə, təmir işləri bitənədək qeyd olunan müntəzəm xətləri üzrə avtobusların hərəkət sxemi Biləcəri qəsəbəsi istiqamətində Rəşid İsmayılov – Yəhya Hüseynov küçələrindən keçməklə, əks istiqamətdə (şəhər istiqamətində) isə Yəhya Hüseynov küçəsi – Bakı – Sumqayıt şosesi – “Ekologiya” postu adlanan ərazidən geriyə dönməklə təşkil ediləcək.