Bakı metrosunda kondisionerli qatarlar olacaq

13 Aprel, 2019 13:34 | Sosial | Baxış sayı: 44
Bakı metrosu
Bakı metrosu

6 vaqon bu ilin sonuna qədər Bakıya gətiriləcək

Bu il "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti 6 yeni qatar tərkibi - 30 vaqon alacaq.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərinə görə, artıq bununla bağlı Rusiyanın "Metrovaqonmaş" zavodu ilə müqavilə imzalanıb:

"Qatarlar iyun ayından başlayaraq Azərbaycana gətiriləcək və "Bakı Metropoliteni"nin istifadəsinə veriləcək. Yeni qatarlar müasir standartlara cavab verən vaqonlardan ibarətdir. Vaqonlar müasir tipli kondisionerlərlə təchiz edilib. 6 vaqon bu ilin sonuna qədər Bakıya gətiriləcək".