Məktəblərlə bağlı qərar dəyişdi - QƏRAR

13 Mart, 2020 08:25 | Sosial | Baxış sayı: 2882
Məktəbəqədər qrup
Məktəbəqədər qrup

Artıq dərs ilini Təhsil Nazirliyi müəyyən etməyəcək

Nazirlər Kabineti “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edib. Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb. Qərarda qeyd olunub ki, ümumtəhsil məktəbində tədris ilinin müddəti Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək. Bu qərar 2020-ci ilin sentyabrın 15-dən qüvvəyə minir.

Bundan əvvəl yaranmış şəraitdən və vəziyyətdən asılı olaraq Təhsil Nazirliyinin əmrinə əsasən respublikanın bütün ərazisində və yaxud bu və ya digər ərazi vahidində dərs ilinin müddətində və tətil günlərində dəyişikliklər edilə bilərdi. Yeni qərarla Təhsil Nazirliyinin bu səlahiyyəti ləğv edilib.

Qeyd edək ki, dəyişiklikdən əvvəl ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatırdı. Dərs ili iki yarımilə bölünürdü:

- birinci yarımil - 15 sentyabr - 26 yanvar;

- ikinci yarımil - 1 fevral - 14 iyun.

- Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilirdi:

- 5 gün payız tətili (16-20 noyabr);

- 5 gün qış tətili (27-31 yanvar).

- İbtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilirdi.