Yel çərşənbəsini şimalda sevinclə qarşıladılar

13 Mart, 2019 18:35 | Sosial | Baxış sayı: 150

İlaxır çərşənbə və Novruz şənliyinin daha maraqlı olacağı gözlənilir

Xalqımızın milli bayramı Novruzun gəlişinə şimal bölgəsinin digər rayonlarında olduğu kimi Qubada da xüsusi hazırlıq görülür.

İstiPress-in şimal bürosunun məlumatına görə, rayonda bu gözəl bayramadək olan su, od və yel çərşənbələri xüsusi təmtəraqla keçirilib.

Novruzun 3-cü - Yel çərşənbəsi bu dəfə də sakinlərin əhatəsində keçirilib. Novruzun bütün atributlarının - Keçəl, Kosa və Bahar qızın iştirakı ilə maraqlı nömrələr göstərilib.

Rayon ih başçısı Ziyəddin Əliyevin və digər rayon rəsmilərinin qatıldığı çərşənbə şənliyində Bayram tonqalı yandırılıb. Güc pəhləvanları qüvvələrini sınayıb, idmançılar məharətlərini göstəriblər.

Quba şəhərində çoxmənzilli yaşayış binasının qarşısında baş tutan çərşənbə şənliyi tamaşaçılara xoş ovqat yaradıb. Bayram konsertilə davam edən şənlik bir daha Novruzun yaxınlaşmasından xəbər verib.

Qubada ilaxır çərşənbə və Novruz şənliyinin daha maraqlı olacağı gözlənilir.