Səkkiz nəfər Kürdə köməksiz qaldı

13 Mart, 2019 19:19 | Sosial | Baxış sayı: 61

Xilasetmə məntəqəsindən təxminən 1 km aralı, nəzarətsiz ərazidə olublar

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində 8 nəfərin qayıqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

İstiPress-ə Nazirlikdən verilən məlumata görə, xilasetmə məntəqəsindən təxminən 1 km aralı, nəzarətsiz ərazidə içərisində 8 nəfərin olduğu qayıq Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən yedəyə alınaraq sahilə çıxarılıb.

Əməliyyat başa çatıb.