Pensiya gözləyənlərə şad xəbər

13 Mart, 2019 10:02 | Sosial | Baxış sayı: 379
Pensiya
Pensiya

Bayrama kimi ödəniş olacaq

Novruz bayramına qədər mart ayı üzrə pensiyaların ödənişi tam həyata keçiriləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, minimum pensiya məbləğinin artırılaraq 160 manata çatdırılması ilə bağlı 233 min şəxs öz pensiyasını artımla alacaq.