Dəmiryolu gücləndirilmiş işə keçdi - bayrama görə

13 Mart, 2019 13:00 | Sosial | Baxış sayı: 12
Bakı dəmiryolu vağzalı
Bakı dəmiryolu vağzalı

Biletlər 10 gün qabaqcadan satışa çıxır

"Azərbaycan Dəmir Yolları"nın sərnişin daşımaları departamentinin kollektivi Novruz bayramı ilə əlaqədar gucləndirilmiş iş rejimində çalışır. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin açıqlamasında bildirilib. 

Sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonların qoşulması təmin edilir.

"Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir".