Bakıda 7 tələbə dönərdən zəhərləndi

13 Mart, 2019 19:38 | Sosial | Baxış sayı: 120
Dönər
Dönər

Onları Respublika Toksikologiya Mərkəzinə yerləşdiriblər

Paytaxtın Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsi 21-də yerləşən "Köz dönər" kafesində dönər yeyən 7 nəfər zəhərlənmə diaqnozu ilə Respublika Toksikologiya Mərkəzinə gətirilib.

İstiPress bildirir ki, "Virtualaz.org"a daxil olan məlumatda onların universitet tələbələri olduğu bildirilib. Tələbələr dərsdən sonra birlikdə dönər yeməyə gediblər.

Faktı Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov təsdiqləyib. P.Abubəkirov deyib ki , gətirilənlərdən ikisinin 17 yaşı var, buna görə də Ə.Qarayev adına 2 saylı uşaq xəstəxanasına köçürülüblər. Digər 5 nəfər Toksikologiya mərkəzindədir. Onların həyatı üçün təhlükə yoxdur.