Bakı sakini intihar üçün körpüyə çıxdı

13 Mart, 2019 14:56 | Sosial | Baxış sayı: 80
İntihar etmək istəyən şəxs
İntihar etmək istəyən şəxs

FHN əməliyyat keçirib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xəzər rayonunda 1 nəfər körpünün üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

İstiPress-ə Nazirlikdən verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Əməliyyat başa çatıb.