Bayılda evi sürüşənlərə verilən pul arta bilər

13 Mart, 2018 11:49 | Sosial | Baxış sayı: 60
Bayıl - sürüşmə zonası
Bayıl - sürüşmə zonası

İcra başçısı 98 evdən yalnız birinin sənədi olduğunu deyib

"Bayılda evləri sürüşmə zonasında olan sakinlərə yardımın həcmi artırıla bilər. Bunu Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bayıl sürüşmə zonasının sakinləri ilə görüşündə deyib.

O, bildirib ki, məbləğin az olması ilə bağlı Nazirlər Kabinetində məsələ qaldırıb. "Məbləğin çoxaldılması ilə bağlı iş bu həftənin sonuna kimi həll olunacaq".

O, qeyd edib ki, Bayılda sürüşmə sahəsində yaşayan sakinlərə ailənin tərkibinə görə kirayə haqları verilir. İcra başçısının sözlərinə görə, ərazidəki 98 evdən yalnız birinin sənədi var. 

Xatırladaq ki, Nazirlər Kabineti Bayıl sürüşmə zonasında evi olan sakinlərin kirayə mənzillərə köçürülməsi ilə bağlı sərəncam verib. Sərəncamla, 98 ailənin (ailə tərkibinə uyğun olaraq) müvəqqəti kirayə evlərdə yerləşdirilməsi üçün vəsait ayrılıb. Sakinlərin yaxın günlərdə kirayə mənzillərə köçürüləcəyi gözlənilir.