Azərbaycanda rekord pensiya - 1 ayda 18 min manat

13 Fevral, 2020 10:01 | Sosial | Baxış sayı: 1342
Pensiya
Pensiya

Bu barədə məlumatı nazirin müşaviri Mustafa Abbasbəyli paylaşıb

Azərbayacanda bir ayda 18 min manat pensiya alan şəxs var. Bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli paylaşıb. O, pensiya ilə bağlı statistik məlumatları özünün "Facebook" hesabında yerləşdirib. 

Qurum rəsmisi pensiyanın 3 halda təyin olunduğunu bildirib:

1. Şəxs pensiya yaşına çatdıqda -yaşa görə pensiya
2. Şəxs əmək qabiliyyətini itirdikdə - əlilliyə görə pensiya
3. Şəxs vəfat etdikdə - Ailə başçısını itirməyə görə pensiya

Müşavir ümumi pensiyaçıların sayının 1,280,000 milyon nəfər olduğunu bildirib. Bu isə ölkə əhalisinin 13%-ini təşkil edir:

1. Yaşa görə pensiyaçılar - 750,000 (pensiyaçıların 60%-i)
2. Əlilliyi görə pensiyaçılar - 380,000 (pensiyaçıların 30%-i)
3. ABİ-yə görə pensiyaçılar - 150,000 (pensiyaçıların 10%-i)

Pensiya məbləği:

1. Minimum pensiya məbləği - 200 manat
2. Orta pensiya məbləği - 300 manat
3. Maksimum pensya məbləği - 18,208 manat

Pensiya artımı üzrə indeksasiya:

1. 2017-ci il üzrə - 5.7% artım
2. 2018-ci il üzrə - 3% artım
3. 2019-cu il üzrə - 16.6% artım

O, həmçinin pensiyaya dair formalaşmış yanlış fikirləri də paylaşıb. 

1. Pensiya heçdə həmişə tək qocalıqla əlaqəli olmur. Şəxs istənilən yaşda əlil olduqda və ya vəfat etdikdə (onun ailə üzvü) də pensiya əldə edə bilir.
2. Pensiya heçdə həmişə 200 manat olmur. Hal-hazırda aylıq 18,208 manat pensiya alan şəxs var.
3. Pensiya artımı heçdə həmişə cüzi olmur. Son artım 16.6% təşkil edərək pensiyaları 33 - 2,400 manat aralığında artırmışdır.