İlham Əliyev 15 rayonda yaşayan uşaqlı ailələri sevindirdi

13 Fevral, 2018 08:40 | Sosial | Baxış sayı: 286
Uşaqlar
Uşaqlar

20 milyon manata yaxın pul ayrıldı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının regionlarında uşaq bağçalarının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, son illərdə ölkədə məktəbəqədər təhsil müəssisələrinin inkişafı istiqamətində mühüm addımlar atılıb, müxtəlif şəhər və rayonlarda məktəbəqədər təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası istiqamətində uğurlu işlər görülüb. 

Əhalisi 306 mindən çox olan 15 şəhər və rayonda, ümumilikdə, 1230 yerlik 15 uşaq bağçasının tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.43.7-ci yarımbəndində göstərilmiş məbləğin 19 577 000 manatı Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyə ayrılıb.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.