Həcc ziyarəti ilə bağlı yenilik

13 Fevral, 2017 16:45 | Sosial | Baxış sayı: 127
Məkkə şəhərində Həcc ziyarətgahı
Məkkə şəhərində Həcc ziyarətgahı

Zəvvarların ziyarət xərcini ödəməsi ancaq...

Bu il Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarlara ziyarət xərcələrinin ödənişi ilə bağlı yeniliklər tətbiq olunur. İstiPress-in xəbərinə görə, zəvvarlar ödənişi nağd formada Qafqaz MÜsəlmanları İdarəsinə (QMİ) edəcəklər. Bundan başqa, zəvvarlara ödənişləri 1 may 2017-ci ilə qədər mərhələli formada ödəmək imkanı da yaradılır.  Əvvəlki illərdə isə ödəniş bank vasitəsi ilə həyata keçirilirdi. 

Qeyd edək ki, bu ilki Həcc ziyarətinə sənəd qəbulu yanvarın 26-dan başlayıb və QMİ-nin Həcc şöbəsində həyata keçirilir. Zəvvarlardan sənəd qəbulu üçün xarici pasport, şəxsiyyət vəsiqəsinin surəti, 4x6 sm ölçüdə 4 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur.

 Əvvəlki illərdən fərqli olaraq, bu il ziyarət bir formada olacaq. Bir nəfərlik ziyarət paketinin qiyməti isə 3850 ABŞ dolları təşkil edir. Builki Həcc mövsümündə azərbaycanlı zəvvarlar üçün 600 nəfərlik kvota nəzərdə tutulur. Ötən ilki kvota isə 1040 nəfər olub, VİP ziyarət növünün xərci 4500 dollar, nisbətən ucuz ziyarətin xərci isə 3500 dollar olub. Azərbaycanda Həcc sənəd qəbulunu yalnız QMİ aparır.