“BakuBus” bu marşruta yeni avtobuslar buraxdı - FOTO

13 Yanvar, 2018 16:26 | Sosial | Baxış sayı: 321
"Baku Bus" avtobusları
"Baku Bus" avtobusları

Bakıda fəaliyyətdə olan 175 saylı müntəzəm marşrut xətti üzrə yeni avtobuslar fəaliyyətə başlayıb.

İstiPress-in məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, 175 saylı xəttin bundan öncəki avtobusu 6 yanvarda Zığ şosesində qəza törətdikdən sonra xətt daşıyıcıdan alınaraq “BakuBus”a verilib. Hazırda avtobuslar Hövsan qəsəbəsinin mərkəzindən əvvəlki xətdən fərqli olaraq “Xətai” metrosuna yox, “28 May” metrostansiyasınadək hərəkət edir. Qiymət isə 25 qəpikdən 30 qəpikə artırılıb.