Bakıdakı yollar barədə sürücülərə xəbərdarlıq

13 Yanvar, 2018 17:18 | Sosial | Baxış sayı: 248
Bakıda yol
Bakıda yol

Hazırki hava şəraiti ilə əlaqədar olaraq Bakının bəzi yolları sürüşkən ola bilər və Bakı Nəqliyyat Agentliyi bununla bağlı bəzi tədbirlər görüb. 

İstiPress-in məlumatına görə,  bu barədə Bakı Nəqliyyat Agentliyi Mətbuat xidmətinin rəhbəri Mais Ağayev öz "facebook" səhifəsində məlumat verib.

"Heydər Əliyev prospekti-Hava limanı və Zığ-Hava limanı yollarında bütün zolaqlar üzrə sürətlər 20 km/saat endirildi, sürüşkən yol işarəsi qoyuldu"- deyə Mais Ağayev bildirib.