Təhsil Nazirliyi direktorlara xəbərdarlıq etdi

12 Dekabr, 2019 14:19 | Sosial | Baxış sayı: 191
Təhsil Nazirliyi
Təhsil Nazirliyi

10-11-ci siniflərə qəbul olunan şagirdlərin dərsə davamiyyətinə nəzarə gücləncirilir

"Təhsil Nazirliyi şagirdlərin dərsə davamiyyəti zəif olan məktəblərdə məsuliyyətsiz direktorlar və təhsil şöbələrinin müdirləri barədə ciddi addımlar atacaq". Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva direktorlara və təhsil şöbələrinin müdirlərinə xəbərdarlıq edib. 

Onun sözlərinə görə, bu gün təhsil sahəsində narahatedici əsas məsələlər təhsil ictimaiyyəti ilə müzakirə olunur. Bu müzakirələrin içərisində şagirdlərin dərsə davamiyyəti də diqqətimizi çəkən aktual məsələlərdəndir.

"Bu dərs ilindən etibarən Təhsil Nazirliyi tərəfindən elektron şagird yerdəyişməsi sistemi fəaliyyətə başlayıb və həmin sistemdə bu gün biz oxuduğu məktəbdən asılı olmayaraq başqa məktəbə keçid edən şagird haqqında məlumatı görürük".

M.Vəliyeva bildirib ki, mərkəzi məktəblərdən ucqar məktəblərə gedən şagirdlərin ailəsi ilə birlikdə köçdükdə dərsə davamiyyətinə yerli təhsil idarəetmə orqanı nəzarət edir: Bununla bağlı Təhsil Nazirliyi tərəfindən yerli təhsil idarəetmə orqanlarına, təhsil şöbələrinin müdirlərinə, o cümlədən, məktəb rəhbərlərinə ciddi şəkildə tapşırıq verilib ki, məktəblərdə xüsusən 10-11-ci siniflərə qəbul olunan şagirdlərin dərsə davamiyyəti məsələsi xüsusi nəzarətə götürülsün.