Diaqnostik qiymətləndirilmə başlayır

12 Dekabr, 2019 09:09 | Sosial | Baxış sayı: 473
İmtahan
İmtahan

Psixoloqlar 24-28 dekabrda imtahan verəcəklər

Psixoloqların diaqnostik qiymətləndirilməsi başlayır. Təhsil Nazirliyindən verilən məlumata görə, 24-28 dekabr tarixlərində dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanı keçiriləcək. İmtahan Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris binasında baş tutacaq.

Elektron ərizələrin yoxlanılması prosesi başa çatdıqdan sonra diaqnostik qiymətləndirmədə iştirakla bağlı məlumat namizədlərin şəxsi səhifəsinə göndəriləcək.

Test imtahanında namizədlərə 90 dəqiqə ərzində psixologiya üzrə 60 test tapşırığı təqdim olunacaq. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək.