Bakının bu yolları bağlı olacaq

12 Dekabr, 2017 09:25 | Sosial | Baxış sayı: 187
Yol Polisi
Yol Polisi

Məhdudiyyət Fəxri Xiyaban istiqamətində bütün küçə və prospektlərdə olacaq

Ümummilli lider Heydər Əliyevin xatirəsinin yad edilməsi məqsədi ilə Parlament prospekti Fəxri Xiyaban istiqamətində bütün küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. 

Məqsəd ziyarətə gələnlərin təhlükəsizliyinin təmin edilməsi, təhlükəsiz və fasiləsiz hərəkətinin təşkil etməkdir. Məhdudiyyət tədbir başlanandan qurtaranadək davam edəcək. Səhər saat 07:00-dan tədbir tam başa çatana qədər

Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsindən,

Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən,

Mehdi Hüseyn küçəsi – Teleteatr binası yanından

Parlament prospekti, digər küçə və prospektlərdə

Parlament prospektinə paralel Abbasqulu Abbaszadə və İzzət Nəbiyev küçələrində nəqliyyat vasitələrinin hərəkət istiqaməti dəyişdiriləcək.

Avtomobil sahibləri və sürücülərdən xahiş olunur ki, Parlament prospekti və onunla kəsişən digər küçə və yollar üzrə hərəkət etmək niyyətində olanlar əvvəlcədən planlaşdırılan alternativ yollardan, Mətbuat prospekti ilə birləşən III Kənar Dairəvi, eləcə də Badamdar istiqamətindən keçməklə Bayıl, 20-ci sahə üzrə yollardan, eləcə də ictimai nəqliyyatdan  istifadəyə üstünlük versinlər.