Sabahdan hava soyuyacaq

12 Noyabr, 2019 14:54 | Sosial | Baxış sayı: 156
Bakıda külək
Bakıda külək

Küləyin sürəti bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcək

Bakıda və Abşeron yarımadasında  noyabrın 13-ü axşamdan 17-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. 

İstiPress-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal küləyi əsəcək, küləyin sürəti arabir 15-20 m/s olacaq, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu 10-12 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 13-ü axşamdan 17-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, temperaturun ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcəyi, əsasən şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə yağışın intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şimal-şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.