Yoluxanlar sağalanlardan 3 dəfə çox oldu

12 Oktyabr, 2020 16:48 | Sosial | Baxış sayı: 53
Koronavirus testi
Koronavirus testi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 122 yeni yoluxma faktı qeydə alınıb, 47 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

İstiPress-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bu gün COVID-19-dan ölüm faktı qeydə alınmayıb.

Hazırkı dövrədək ölkəmizdə 42 min 104 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 39 min 404 nəfər müalicə olunaraq sağalıb, 609 nəfər vəfat edib. Aktiv xəstə sayı 2 091 nəfərdir. 

Ötən müddət ərzində 1 milyon 180 min 271 test aparılıb. Bugünkü test sayı isə 3 551-dir.