Sabahdan bu avtobusların yolu dəyişir XƏRİTƏ

12 Oktyabr, 2019 13:15 | Sosial | Baxış sayı: 179
marshrut_xetti_121019_01
marshrut_xetti_121019_01

Dəyişiklik təmir işləri ilə əlaqədardır

Oktyabrın 13-ü axşamdan Akademik Şəfaət Mehdiyev küçəsinin General Akim Abbasov və Əbdürrəhim bəy Haqverdiyev küçələri arasında yerləşən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu səbəbdən də 6, 17 və 59 nömrəli müntəzəm marşrutlar üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Dəyişiklik yolda təmir işləri yekunlaşanadək qüvvədə qalacaq.